Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötdü

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı on milyonu ötüb. Oxu.Az-ın onlayn statistikasına görə hazırda (xəbər yazılan anda) dünyada bu infeksiya daşıyıcılarının sayı 10 000 051 nəfərdir. Koronavirus qurbanlarının ümumi sayı isə 498 952-dir. Yoluxanların sayına görə hazırda ABŞ liderdir. Bu ölkədə 2 577 526 nəfər koronavirus daşıyıcısı qeydə alınıb. Sonrakı yerləri isə Braziliya və Rusiya bölüşür. Koronavirusdan indiyə qədər müalicə alıb sağalanların sayı isə 5 414 646 nəfərdir.

Kafedə olarkən ürəyi dayandı

Mingəçevirdə kafedə bədbəxt hadisə baş verib. Azerses.az APA-a istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Ruslan Kamandar oğlu Əsgərov kafedə olarkən özünü pis hiss edib. Təcili tibbi yardım gələnədək R.Əsgərov keçinib. Onun hansı səbəbdən öldüyü bəlli deyil. Meyit məhkəmə tibbi ekspertizası üçün morqa aparılıb. Faktla bağla araşdırma aparılır.

Azərbaycanda 5G texnologiyası tətbiq olunmur – RƏSMİ

COVID-19 pandemiyası dövründə dünyada, o cümlədən Azərbaycanda 5G texnologiyasının bu xəstəliyin daha çox yayılmasına səbəb olduğu barədə fikirlər səsləndirilir. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib. Qeyd edək ki, 5G yeni 5-ci nəsil internet texnologiyasıdır. Bu texnologiya istifadəçiləri super sürətli və kəsintisiz internetlə təmin edir. Belə ki, 5G texnologiyasında tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir. Bildirlir ki, Azərbaycan Respublikasında 5G texnologiyası tətbiq olunmur. Sadəcə bir müddət öncə, “Bakutel-2019” çərçivəsində 5G pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib.

Maska taxmayanlar üçün cərimələr iki dəfə artırılır

Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400  manat məbləğində cərimə ediləcək. APA-nın məlumatına görə, bu, Milli Məclisin iyulun 29-da keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən…

Ayı 68 yaşlı geoloqu parçaladı

Rusiyanın Kolıma şəhərində ayı geoloji kəşfiyyat qrupunun üzvünü parçalayıb. Oxu.Az Rusiya DİN-in Maqadan vilayəti üzrə İdarəsinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, hadisə Omsukçan qəsəbəsindən 150 kilometr aralıda yerləşən Tınqılçan yüksəkliyində qeydə alınıb. Burada 68 yaşlı geoloqun parçalanmış cəsədi aşkarlanıb. İlkin məlumata görə, yaşlı alim vəhşi ayının hücumuna məruz qalıb. Faktla bağlı araşdırma aparılır.

İstirahət gününün havası: Külək, yağış, şimşək

Azərbaycan ərazisində iyunun 28-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-28, Bakıda  gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55  faiz təşkil edəcək. Abşeron çimərliklərində şimal- şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil,…

Messi və Ronaldo eyni komandada oynaya bilər

“Boka Xuniors”un hücumçusu Karlos Tevez gələcəklə bağlı arzusunu açıqlayıb. Azerses.az Apasport.az istinadən xəbər verir ki, Argentina millisinin sabiq üzvü karyerasını bitirdiyi zaman vida matçı təşkil etmək niyyətindədir. 36 yaşlı ulduz futbolçu hətta vida görüşünə dəvət edəcəyi oyunçuları da müəyyənləşdirib. O, “Barselona”nın kapitanı Lionel Messi və “Yuventus”un hücumçusu Kriştianu Ronaldoya da dəvət göndərəcəyini söyləyib: “Canluici Buffon, Uqo İbarra, Rio Ferdinand, Qabriel Hayntze, Patris Evra, Andrea Pirlo, Pol Skoulz, Pol Poqba, Kriştianu Ronaldo, Lionel Messi və Ueyn Runinin son matçımda iştirak etmələrini istəyirəm”.Qeyd edək ki, Karlos Tevez 2018-ci ildən “Boka Xuniors”un formasını…