TƏBİB Azərbaycanda koronavirusla bağlı son statistikanı açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu günə olan koronavirus statistikasını açıqlayıb. Məlumatda bildirilir ki, bu gün 7106 test edilib. Onlardan 534-ü pozitiv çıxıb. Bununla da ümumilikdə edilən testlərin sayı 468 967-yə çatıb. Hazırda ölkədə aktiv xəstə sayı 7200-dür. Onlardan 209-u reanimasiyada, 36-sı süni tənəffüs cihazına qoşuludur.

Virusa birlikdə qalib gələk

COVİD-19 pandemiyası yayıldığı gündən bu vaxta qədər bir çox dövlətin iqtisadiyyatı zəifləmiş və həyat səviyyəsi aşağı düşmüşdür. Baxmayaraq ki, laboratoriyalar bu virusla bağlı sınaqlar aparır,lakin nəticə müsbət deyil. Hal hazırda bütün dünya ağır sınaqdan keçir. Mənəvi və maddi cəhətdən çox dözümlü dövlətlər belə bu sınaqda çətinlik çəkir. Lakin Azərbaycanda virusla bağlı bir çox işlər görülüb və vaxtında virusla bağlı mübarizə tədbirləri görülməyə başlandı. Bunun nəticəsidir ki, hal-hazırda digər ölkələrə nəzərən yoluxma daha azdır. Daha da az ola bilərdi. Bununda səbəbi vətəndaş məhsuliyyətsizliyidir. Biz bu virusa yalnız birlikdə qalib gələ bilərik.…

Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında qərar verib. Normalar “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.8-ci maddəsinə uyğun olaraq sinif otağının bir şagird üçün müəyyən edilmiş sahə normativi nəzərə alınmaqla hazırlanıb. Təhsil üzrə mütəxəssislər qərarı “Sputnik Azərbaycan” üçün şərh ediblər. Təhsil eksperti Kamran Əsədovun bildirdiyinə görə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, hər sinifdə 20 nəfər olmalıdır, praktki olaraq isə 25 nəfərdən artıq uşaq yığılmamalıdır. Bir sinifdə 25 şagird təhsil alırsa, həmin sinifdə tədris prosesini səmərəli qurmaq mümkündür. Lakin bəzən çoxlu binalar…

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi – FOTO

Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub. Belə ki, həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib. Bu barədə millət vəkili və mərhumun tanışı Qənirə Paşayeva sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, C.Hacıyev təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib: “Ona nə qədər kömək etməyə çalışsaq da, artıq çox gec idi… Kasıb bir ailənin istedadlı övladı idi. Çalışırdı, oxuyurdu. Min bir əziyyətdən keçmişdi. 50 yaşı tamam olmamış COVİD-19-un qurbanı oldu. Əgər onun kəndə yas yerinə gedəcəyini bilsəydim, getməsinə mütləq əngəl olardım. Bu bəlaya yoluxub gəldiyində –…

Qazaxda iki həmkəndlinin davası birinin ölümü ilə başa çatdı

Qazaxda qətl hadisəsi baş verib. APA-nın yerli bürosnun məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb. 1990-cı il təvəllüdlü Məmmədov Fərux hələlik şəxsiyyəti məlum olmayan həmyerlisini aralarında yaranmış mübahisə zamanı bıçaqlayıb. Sonuncu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

“Özünü düşünməyən ailəsini, yaxınlarını düşünsün”

“Heç kimin ixtiyarı yoxdur ki, məsuliyyətsizliyinə görə başqa adamları yoluxdursun” “Cənab Prezidentin Gəncədə modul tipli xəstəxananın açılışı zamanı ictimai qınaqla bağlı vurğuladığı məsələ olduqca mühümdür”. Bu sözləri “Sherg.az”a açıqlamasında YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fuad Heydər deyib. Gənc fəal bildirib ki, məsələ tək maska taxmaqda deyil, sosial məsafənin saxlanması da vacibdir: “Əslində “Covid-19” başlananda etibarən hər kəs özünü qoruyurdu və xəstəliyi ciddi qəbul edirdi. Nədənsə, bir zaman sonra bəzi adamlar koronavirusu “oyuncaq” hesab etməyə başladılar. İnsanların dözümsüzlüyü, narahatlığı başadüşüləndir. Amma epidemiyanın nə zaman bitəcəyi bəlli deyil. Hər halda…

Məşhur cərrah Mərkəzi Gömrük Hospitalındakı işindən ayrıldı

Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, transplantoloq, cərrah Mircəlal Kazımi xəstəxanadan ayrılıb. Azerses.az Oxu.Az-a istinadəxəbər verir. Onun sözlərinə görə, xəstəxanadan pandemiya səbəbindən ayrılıb: “Mərkəzi Gömrük Hospitalındakı işimdən müvəqqəti olaraq ayrılmışam. Bildiyiniz kimi, Mərkəzi Gömrük Hospitalı koronavirus xəstələri üçün ayrılıb. Buradakı əməkdaşlar fədakarcasına xəstələrə xidmət göstərirlər. Xəstəxana yalnız COVİD-19 xəstələrini qəbul etdiyindən, digər xəstələrimizin, xüsusilə də qaraciyər və böyrək transplatasiyası əməliyyatına ehtiyacı olanların müayinə və müalicəsi üçün artıq Mərkəzi Klinikada fəaliyyət göstərirəm”. Qeyd edək ki, M.Kazımi 2008-ci ildən bu sahə üzrə çalışır.

“Milan” Hakan Çalhanoğlunu 2024-cü ilədək saxlayacaq

İtaliyanın “Milan” klubu futbolçusu Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamağı planlaşdırır. Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi yarımmüdafiəçi üçün 3 illik anlaşma hazırlayıb. Türkiyə millisinin 26 yaşlı futbolçusunun indiki müqaviləsi 2021-ci ilin iyununda başa çatacaq. Tərəflər arasında yeni anlaşma rəsmiləşsə, Hakan 2024-cü ilin yayınadək Milanın eyniadlı təmsilçisində qalacaq.

ÜST koronaviruslu xəstələrin müalicəsində deksametazondan istifadəyə aydınlıq gətirib

Böyük Britaniya Birləşmiş Krallığında aparılan son tədqiqatlar nəticəsində deksametazon preparatının oksigen dəstəyinə ehtiyac duyan COVİD-19-a yoluxan xəstələrdə ölüm riskini azaltdığı məlum olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, deksametazon COVİD-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir. ÜST-ün Azərbaycan nümayəndəliyi nəzərə çatdırır ki, bu məqsədlə istifadə üçün hər hansı bir dəlil mövcud deyil və düzgün şəkildə istifadə edilmədikdə bu preparat ciddi əks təsirlər göstərir.

Türkiyə ABŞ-a çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin 2020-ci ildə İnsan alverinə dair hesabatına münasibət bildirib. Türkiyə Xarici İşlər Nazirliyindən APA-nın Türkiyə bürosuna verilən məlumata görə, hesabatda Türkiyənin insan alverinə qarşı mübarizəsinin daha da gücləndiyi təsdiqlənir. Bununla belə, Türkiyə XİN hesabatda Türkiyənin insan alverinə qarşı mübarizədə daha yüksək kateqoriyada göstərilməməsindən məyusluğunu ifadə edib: “Türkiyə 4 milyona yaxın qaçqına ev sahibliyi etmək və miqrasiya yükünü qarşılamaqla böyük təcrübə qazanıb, insan alverinə qarşı mübarizə üzrə tam ixtisaslaşıb. Türkiyə insan alverinə qarşı mübarizə ilə bağlı qoşulduğu beynəlxalq sazişlərə əməl edir, xüsusi təlim keçmiş kadrları ilə…