Rayonlara gediş-gəliş məhdudiyyəti aradan qaldırıldı-Rəsmi

Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVİD -19) infeksiyasının yayılması məhdudlaşdırılmış, yoluxma hallarının sayında azalmaya nail olunmuşdur. Avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilmişdir. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aşağıdakı sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır: – Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə…

Prezident İlham Əliyevdən sərt siyasi mövqe”Türkiyənin yanındayıq!”

Dövlət başçısı İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən toxunduğu məsələlər gündəmin əsas mövzularından birinə çevrilib. Azərbaycan prezidenti üç vacib məsələyə xüsusi diqqət ayırıb. İlk olaraq, Prezident qaz nəqli ilə bağlı məsələdən söz açaraq, ölkələr arasında son illərdə soyuqlaşan münasibətlərin səbəblərindən danışıb. Dövlət başçısının toxunduğu vacib məsələlərdən biri də Ermənistanla Yunanıstan arasındakı hərbi əməkdaşlıq olub. Prezident vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərini işğal etmiş, Xocalıda soyqırımı aktı törətmiş ölkədir: “Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub. Sözsüz…

Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil

Xəbər verildiyi kimi, Tovuzun Ağdam kəndi yenidən Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalıb. Düşmən bu dəfə də kəndi iriçaplı silahlardan atəşə tutub. Atəş nəticəsində Ağdam kəndinin sakini Qara Yusifovun evinə və həyətyanı sahəsinə dəyib. Sakinlər arasında isə xəsarət alan olmayıb. Azərbaycan Ordusunun ayıq-sayıqlığı nəticəsində erməni hərbi qulluqçularının növbəti təxribatının qarşısı qətiyyətlə alındı. Növbəti dəfə uğursuzluğa düçar olan təxribatçı düşmən yerinə otuzduruldu. Ordumuz ermənilərin növbəti məkrli oyununu iflasa uğratmaqla, başlarında çatlatdı. Maraqlıdır ki, bunu həzm edə bilməyən Ermənistan baş naziri Nikol Paşinyanın növbəti uydurması nə olacaq? Ermənistan hakimiyyətinin son zamanlarda davamlı…