“Qoşunların təmas xətdində vəziyyət gərginləşir”Müdafiə Nazirliyinin bəyanatı-Rəsmi

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyanat yayıb. Azerses.az bəyanatı təqdim edir “Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutulması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub. Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən…

Ehtiyatda olan həqiqi hərbi qulluqçular təlimlərə cəlb edilir-Rəsmi

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bu barədə Modern.az saytına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir”,-deyə qurumdan bildirilir.

Hərbi avtomobillərə salam verən azyaşlı ilə DSX-nin generalı görüşdü

Bir neçə gün öncə Qazaxda yolla hərəkət edən DSX-nin hərbçilərini yol kənarında hərbi salamla qarşılayan Qazax rayonunun Daş Salahlı kəndində yaşayan azyaşlı Hacıyev Elton Dövlət Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri general-mayor Müzəffər Pirizadə tərəfindən qəbul edilib. Sərhəd diviziyasında keçirilən görüşdə məktəbliyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb. Vətənpərvərliyi, orduya göstərdiyi sayğıya görə təşəkkür edilib.

Müdafiə Nazirliyindən düşmən PUA-nın məhv edilməsi ilə bağlı açıqlama-RƏSMİ

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb. Azerses.az açıqlamanı təqdim edir. Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

Son dəqiqə-Şəmkirdə ermənilərə məxsus PUA vuruldu. Müharibə başlayır?

Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib. Bu barədə Musavat.com-a Şəmkir rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, ard-arda iki güclü partlayış səsi  eşidilib. Musavat.com yayılan xəbərlə bağlı araşdırma aparıb. Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib. Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisinə düşərək partlayıb. Bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.