Dünya Kikboksinq Federasiyaları İstanbulda toplanır-Rəsmi

26-27 sentyabr tarixində Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi və üzvləri Türkiyənin İstanbul şəhərində Türkiyə Kikboksinq Federasiyasının prezidenti Selim Kayıcının təşkilatçılığı ilə Kikboksinq Təşkilatlarının Dünya Asossasiyasının(WAKO)Milli Federasiyaların Ümumdünya inkşaf konfransında iştirak edəcəklər. Azərbaycan Kikboksinq Federasiyasından Azerses.az-a verilən rəsmi məlumata görə konfransda Azərbaycan Kikboksinq federasiyasını, federasiya prezidenti Orxan Əliyev, baş katib və milli komandanın rəisi Sadıx Bağırov, beynəlxalq əlaqələr üzrə vitse-prezident Rövşən Rzayev və Federasiyanın idarə heyyətinin üzvü Turan Əliyev təmsil edəcək. Eyni zamanda konfransda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevin WAKO-nun prezidenti Roy Beyker ilə rəsmi görüşü də nəzərdə tutulub. Qeyd edək…

“Əli Kərimlinin bir əli Rusiyanın cibindədir bir əli Qərbin” AXCP NTK sədrindən ittiham- Video

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin yayılmış səs yazısına yazının əsas müzakirə predmeti olan AXCP-nin Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyev münasibət bildirib. Aydın Əliyev partiyanın qərarının qanunsuz olduğunu, məhkəmənin onun haqqında çıxardığı qərarın qanuni olduğunu bildirdi. O eyni zamanda Hüquq-mühafizə orqanlarına da məlum səs yazısı ilə bağlı müraciət edərək baş verən prosesdə saxtalaşdırma olduğunu və bununla bağlı araşdırma aparılmasının zəruriliyini qeyd edib. Aydın Əliyev eyni zamanda son illər ərzində AXCP-dən uzaqlaşdırılan siyasi xadimləri də bu məsələdə laqeyd qalmamağa dəvət edib. Məsələ ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin keçmiş…