Politoloq: “Ermənistan dinc əhalini vuraraq istədi ki, Azərbaycan hədəf olaraq İrəvanı vursun”

“Ermənistan humanitar atəşkəsin 12 saatı tamam olmamış Gəncəni, bununla yanaşı cəbhəyanı istiqamətdə olan əraziləri vurdu. Buna baxmayaraq Azərbaycan öz humanistliyini gəstərdi, humanitar atəşkəsə sadiq qaldı”. Azerses.az xəbər verir ki, bu barədə Buta.ws-ə müsahibəsində YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini, politoloq Fuad Heydər deyib. İstəyərdim gənc politoloq kimi cəbhədə gedən döyüşlərlə bağlı fikirlərinizi bildirəsiniz. – Ali Baş Komandan İlham Əliyev dəfələrlə sülh danışıqlarına çalışdı və bu çabaların hamısı Ermənistan silahlı qüvvələri tərəfindən yekunlaşdırıldı. Nəticə bundan ibarətdir ki, Ermənistan öz idealarından əl çəkmədi və demək olar ki, hər dəfə sülh danışıqları,…

Ermənistan ordusunun daha bir zabiti məhv edilib

“Ermənistan ordusunun daha bir zabiti məhv edilib”. Bunu “Azərsəs”ə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. “Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin zabiti Spartak Köçəryan bu gün məhv edilib”, -o vurğulayıb.

Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb

“İşğal olunan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatları davam edir. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji vəziyyəti yüksəkdir, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız əsl qəhrəmanlıq nümayiş etdirir. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib”. “Azərsəs” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. “Səhər saatlarında Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulub, bununla bağlı Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək. Ermənistan silahlı…

Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib

Azərbaycan Ordusunun bölmələri düşməni ağır məğlubiyyətə uğratmağa davam edir. “Azərsəs” in xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. “Bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini məhv edib”, – o, əlavə edib..

Ermənistan ordusunun alayı darmadağın edilib

“Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib”. Bunu “Azərsəs”ə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. “Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib”, – o bildirib.

Müdafiə Nazirliyi: Düşmənin 1 tankı, 10 nəfərədək şəxsi heyəti məhv edilib – VİDEO

Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib. Bu barədə “Azərsəs”ə Müdafiə Nazirliyindən xəbər verilib. Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb. Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən…

Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir

Sentyabrın 29-u səhər saatlarından etibarən Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir. Bu barədə “Azərsəs”ə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilir ki, səhər saat 07:00-08:00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Hazırda döyüşlər davam edir.

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərar imzalayıb. “Azərsəs” xəbər verir ki, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb. Bundan başqa, 2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2…

MN: Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib – VİDEO

Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib. Bu barədə “Azərsəs” ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.