Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal tərk etməsi ilə bölgə yenidən sülh və əmin-amanlığa qovuşa bilər”. “Azərsəs” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Türkiyə bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək”, – o vurğulayıb. R.T.Ərdoğan deyib ki, bölgədə Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana artıq son verilməlidir: “Artıq hesab verməyin vaxtı gəlib çatıb. Azərbaycan istər-istəməz öz göbəyini özü kəsmək məcburiyyətində qalıb. Davam edən proseslər bölgədə nüfuz sahibi bütün ölkələrə real və ədalətli həll metodlarını işə salmaq üçün bir fürsət yaradıb”

Dünya Kikboksinq Federasiyaları İstanbulda toplanır-Rəsmi

26-27 sentyabr tarixində Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi və üzvləri Türkiyənin İstanbul şəhərində Türkiyə Kikboksinq Federasiyasının prezidenti Selim Kayıcının təşkilatçılığı ilə Kikboksinq Təşkilatlarının Dünya Asossasiyasının(WAKO)Milli Federasiyaların Ümumdünya inkşaf konfransında iştirak edəcəklər. Azərbaycan Kikboksinq Federasiyasından Azerses.az-a verilən rəsmi məlumata görə konfransda Azərbaycan Kikboksinq federasiyasını, federasiya prezidenti Orxan Əliyev, baş katib və milli komandanın rəisi Sadıx Bağırov, beynəlxalq əlaqələr üzrə vitse-prezident Rövşən Rzayev və Federasiyanın idarə heyyətinin üzvü Turan Əliyev təmsil edəcək. Eyni zamanda konfransda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevin WAKO-nun prezidenti Roy Beyker ilə rəsmi görüşü də nəzərdə tutulub. Qeyd edək…

PKK-nın diversiya dəstələri Azərbaycan ordusuna hücuma hazırlaşır

Xəbər verildiyi kimi, Ermənistan Türkiyənin Azərbaycana hərbi dəstəyinə cavab olaraq PKK kürd terror qruplaşması ilə işbirliyinə başlayıb və iyul ayında Tovuz istiqamətində baş vermiş toqquşmaların ardınca PKK yaraqlılarını Qarabağa daşımağa başlayıb. Azerses.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Misirin cairo24.com portalı yeni sensasion təfərrüatları yayıb. Nəşr yazır ki, Ermənistanla Azərbaycan arasında iyul ayına baş vermş toqquşmalardan sonra PKK yaraqlılarının Ermənistan ordusunun sıralarına inteqrasiya edilməsi əməliyyatı fəallaşıb. PKK-nın bir qrup yaraqlısı və komandirləri İraq və Suriyadan tranzit keçməklə Ermənistan ərazisinə atılıb. Ermənistana gətirilən PKK yaraqlılarının birinci qrupu 25 nəfərdən ibarətdir. Onlar…

Prezident İlham Əliyevdən sərt siyasi mövqe”Türkiyənin yanındayıq!”

Dövlət başçısı İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən toxunduğu məsələlər gündəmin əsas mövzularından birinə çevrilib. Azərbaycan prezidenti üç vacib məsələyə xüsusi diqqət ayırıb. İlk olaraq, Prezident qaz nəqli ilə bağlı məsələdən söz açaraq, ölkələr arasında son illərdə soyuqlaşan münasibətlərin səbəblərindən danışıb. Dövlət başçısının toxunduğu vacib məsələlərdən biri də Ermənistanla Yunanıstan arasındakı hərbi əməkdaşlıq olub. Prezident vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərini işğal etmiş, Xocalıda soyqırımı aktı törətmiş ölkədir: “Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub. Sözsüz…

Ailəsi tərəfindən dəfn edilən kişi beş gündən sonra evinə qayıtdı

Hindistanda ailəsi tərəfindən dəfn edilən kişi beş gündən sonra evinə qayıdıb. Qəribə olayla bağlı “Times Now News” məlumat yayıb. Belə ki, avqustun 2-də ailə üzvləri ilə mübahisə edən Əhməd Hassan onlara məlumat vermədən evi tərk edib və geri qayıtmayıb. Ailə başçısının harada olduğunu öyrənə bilməyən ailəsi onun itkin düşməsi ilə əlaqədar polisə məlumat verib. Üç gün sonra ailə üzvləri naməlum kişinin cəsədini tanımaq üçün hüquq-mühafizə orqanlarına dəvət olunub. İtkin düşən şəxsin qardaşları vəfat etmiş şəxsin onların qardaşı olduğunu təsdiq edərək, elə həmin gün meyiti dəfn ediblər. Lakin avqustun 7-də Ə.Hassan evə…

Müstəqilliyimizi təhlükə altında qoyan “qardaşlıq”. Türkiyə ölkəmizdə hərbi bazalarını qurmağı planlayır?-Təhlil

“Türkiyənin 1920 ci ildə yarımçıq qoyduğu işi, 2020-2021-ci ildə bitirəcəyini ehtimal  edirəm.” Bu barədə politoloq Elman Vəliyev azerses.az-a müsahibəsində bildirib. Gənc politoloq qeyd edir ki, “Türkiyə Azərbaycan- Ermənistan münaqişəsində son hadisələrdə əvvəlki illərə nisbətən aşırı rəy verdi. Emənistana hədə gəlməsi Səhrəddə PUA-ların uçması Azərbaycana dəstək verdiyini bildirməsi Naxcıvana hərbi qüvvələrinin gəlməsi. Azərbaycan qüvvələri ilə bir çox bölgədə hərbi təlimlərin keçirilməsi Türkiyə 1921-ci ildə imzaladığı Qars müqaviləsi ilə Naxçıvanı himayəsinə götürüb. Bu müqavilə vasitəsiylə Naxçıvanın təhlükəsizliyi bərqərar olunub. Azərbaycan 1991-1992 ci ildən suverənliyin bərpə olunmasından sonra Türkiyə ilə iqtisadi tərəfdaşlıq mövqeləri olub.…

Kanada da ermənilər soydaşlarımıza hücum edib

Ermənilərin ABŞ-da yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir. Azərsəs Report-a istinadən xəbər verir, Kanadanın ən böyük şəhərlərindən biri olan Torontonun “North York” bölgəsində 7 nəfər erməni 2 həmvətənimizə hücum edərək soydaşlarımıza soyuq silahlarla xəsarət yetiriblər. Bununla yanaşı, soydaşlarımızın avtomobilləri də yararsız hala salınıb. Şahidlərinin sözlərinə görə, ermənilərdə silah, kəsici alət və dəyənək olub. Hadisə ilə əlaqədar Toronto polisi əraziyə cəlb edilib, araşdırma aparılır.

10 yaşlı azərbaycanlı ABŞ-da Prezident Mükafatı aldı

ABŞ-da 10 yaşlı azərbaycanlı Maqsud Süleymanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə bu ölkənin Prezidentinin mükafatını alıb. Maqsudun anası Nigar Pənahova deyib ki, Maqsud hələ Bakıda olarkən məktəbə getməyə başlayıb. Ailəsi ABŞ-a köçəndən sonra Maqsud qısa müddətdə ingilis dilini öyrənib və tezliklə öz məktəbinin ən yaxşı şagirdləri sırasına daxil olub. Təhsildə xüsusi müvəffəqiyyətlərə görə Prezident Mükafatı əsası 1983-cü ildə qoyulmuş proqram çərçivəsində ABŞ Prezidentinin və təhsil nazirinin adından təqdim edilir. ABŞ-da ibtidai, orta və yuxarı siniflərin təhsildə nailiyyətləri ilə fərqlənmiş şagirdləri bu mükafatı ABŞ Orta Məktəb Direktorlarının Milli Assosiasiyası tərəfindən nəzərdə tutulmuş…

Ermənistan koronavirusdan ölüm sayına görə Qafqazda liderlik edir

Ötən gün ərzində Cənubi Qafqaz regionunda koronavirusa 684 yeni yoluxma qeydə alınıb. Azərbaycanın Səsi xəbər verir ki, yoluxanların 354 nəfəri Ermənistanın payına düşüb. Bu ölkə həm də ümumi yoluxma və ölüm sayına görə Cənubi Qafqaz ölkələri arasında liderdir. Ölkədə bu günə qədər 38 550 nəfər koronavirusa yoluxub. Ötən gün üç ölkə ərazisində 18 ölüm faktı qeydə alınıb ki, bunun da 10 nəfəri Ermənistanın payına düşüb. Əhalisinin sayına görə regionda həm Azərbaycandan, həm də Gürcüstandan geri qalan Ermənistanda ölüm hallarının ortalama göstəricisi hər iki ölkədən yüksəkdir. Bu ölkədə hər 100 min…