DTX-dən vətəndaşlara müraciət-“Bu məlumatları yaymayın”

Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlara müraciət edib. Azerses.az bildirir ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərirlər. Qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.…

“Qoşunların təmas xətdində vəziyyət gərginləşir”Müdafiə Nazirliyinin bəyanatı-Rəsmi

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyanat yayıb. Azerses.az bəyanatı təqdim edir “Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutulması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub. Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən…

Ehtiyatda olan həqiqi hərbi qulluqçular təlimlərə cəlb edilir-Rəsmi

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bu barədə Modern.az saytına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir”,-deyə qurumdan bildirilir.

Müdafiə Nazirliyindən düşmən PUA-nın məhv edilməsi ilə bağlı açıqlama-RƏSMİ

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb. Azerses.az açıqlamanı təqdim edir. Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

Son dəqiqə-Şəmkirdə ermənilərə məxsus PUA vuruldu. Müharibə başlayır?

Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib. Bu barədə Musavat.com-a Şəmkir rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, ard-arda iki güclü partlayış səsi  eşidilib. Musavat.com yayılan xəbərlə bağlı araşdırma aparıb. Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib. Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisinə düşərək partlayıb. Bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.

“Sevdiyim insan olsa, rayona da ərə gedərəm”.

Azerses.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva deyib. İnstaqramda canlı yayıma girən sənətçi izləyicilərin suallarını cavablandırıb. Pərvin şou-biznesdə kimlərlə dostluq edib-etməməsi haqda suala isə “Şou-biznesdə heç kimlə səmimi münasibətim yoxdur. Onlardan qorxuram. Ona görə də uzaqdan “salam-sağ ol” edirəm” cavabını verib.

İmişli Rayonunda məskunlaşan qaçqın və məcburi köçkünlər “Rayon rəhbərliyi ilə görüşmək istəyirik təhqirli sözlər eşidirik”-Video

İmişli rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlər çirkab suları və digər komunal problemlərdən əziyyət çəkmələri ilə bağlı şikayət edirlər. 28 ildir İmişli rayonunda məskunlaşan sakinlər rayon rəsmilərinin onların problemi ilə maraqlanmadıqlarını, əlavə olaraq rəsmilərin onların problemlərinin mediada işıqlanmasına maneələr törədildiyini iddia edirlər. Eyni zamanda məskunlaşanlar bildirir ki, rayonun yeni təyin edilmiş icra başçısı onları nə standart nə də onlayn qaydada qəbul edib problemləri ilə maraqlanmır. Azerses.az informasiya portalı vasitəsi ilə ölkə başçısına və 1-ci vitse – prezidentə müraciət edən qaçqın və məcburi köçkünlər problemlərinin həlli üçün ölkə başçısından kömək istəyirlər.…

Azərbaycanda RÜSVAYÇILIQ: Qız və oğlan canlı yayımda intim münasibətdə oldular (+18 VİDEO)

Azərbaycanda biabırçı hadisə baş verib. Azerses.az xəbər verir ki, azerifakt.tv “İnstagram” səhifəsində azərbaycanlı gənclərin canlı yayımda intim münasibətdə olduqlarını əks etdirən video dərc olunub. Həmin video izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları həmin gəncləri tənqid atəşinə tutaraq rüsvay ediblər.