Dünya Kikboksinq Federasiyaları İstanbulda toplanır-Rəsmi

26-27 sentyabr tarixində Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi və üzvləri Türkiyənin İstanbul şəhərində Türkiyə Kikboksinq Federasiyasının prezidenti Selim Kayıcının təşkilatçılığı ilə Kikboksinq Təşkilatlarının Dünya Asossasiyasının(WAKO)Milli Federasiyaların Ümumdünya inkşaf konfransında iştirak edəcəklər. Azərbaycan Kikboksinq Federasiyasından Azerses.az-a verilən rəsmi məlumata görə konfransda Azərbaycan Kikboksinq federasiyasını, federasiya prezidenti Orxan Əliyev, baş katib və milli komandanın rəisi Sadıx Bağırov, beynəlxalq əlaqələr üzrə vitse-prezident Rövşən Rzayev və Federasiyanın idarə heyyətinin üzvü Turan Əliyev təmsil edəcək. Eyni zamanda konfransda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevin WAKO-nun prezidenti Roy Beyker ilə rəsmi görüşü də nəzərdə tutulub. Qeyd edək…

Çempionlar Liqasının matçı koronavirusa görə təxirə salınıb

Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin final oyunu təxirə salınıb. Azerses.az Apasport.az saytına istinadən məlumat verir ki, UEFA “Drita” (Kosovo) ilə “Linfild” (Şimali İrlandiya) arasındakı matçı başqa vaxta təyin edib. Buna səbəb Kosovo klubunun futbolçusunda koronavirus infeksiyasının aşkarlanmasıdır. Adı açıqlanmayan oyunçu virusa yoluxduğundan, tibbi protokola uyğun olaraq bütün komanda karantinə alınıb. Buna qədər yarımfinalda “İnter”lə (Andorra) görüşdən əvvəl “Drita”nın bir oyunçusunda koronavirus testi pozitiv çıxdığından, həmin şəxs karantinə alınmışdı. İsveçrənin Nyon şəhərində keçirilməli olan “Drita” – “Linfild” görüşünün hansı tarixdə oynanılacağına qitə futbol qurumu hələ qərar verməyib. Cütlüyün qalibi I təsnifat…

“Milan” Hakan Çalhanoğlunu 2024-cü ilədək saxlayacaq

İtaliyanın “Milan” klubu futbolçusu Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamağı planlaşdırır. Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi yarımmüdafiəçi üçün 3 illik anlaşma hazırlayıb. Türkiyə millisinin 26 yaşlı futbolçusunun indiki müqaviləsi 2021-ci ilin iyununda başa çatacaq. Tərəflər arasında yeni anlaşma rəsmiləşsə, Hakan 2024-cü ilin yayınadək Milanın eyniadlı təmsilçisində qalacaq.

Messi və Ronaldo eyni komandada oynaya bilər

“Boka Xuniors”un hücumçusu Karlos Tevez gələcəklə bağlı arzusunu açıqlayıb. Azerses.az Apasport.az istinadən xəbər verir ki, Argentina millisinin sabiq üzvü karyerasını bitirdiyi zaman vida matçı təşkil etmək niyyətindədir. 36 yaşlı ulduz futbolçu hətta vida görüşünə dəvət edəcəyi oyunçuları da müəyyənləşdirib. O, “Barselona”nın kapitanı Lionel Messi və “Yuventus”un hücumçusu Kriştianu Ronaldoya da dəvət göndərəcəyini söyləyib: “Canluici Buffon, Uqo İbarra, Rio Ferdinand, Qabriel Hayntze, Patris Evra, Andrea Pirlo, Pol Skoulz, Pol Poqba, Kriştianu Ronaldo, Lionel Messi və Ueyn Runinin son matçımda iştirak etmələrini istəyirəm”.Qeyd edək ki, Karlos Tevez 2018-ci ildən “Boka Xuniors”un formasını…

Millimizin üzvü Belçika klubuna keçdi – FOTO

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Eduardo Borqes karyerasını Belçikanın “Hale-Qooyk” klubunda davam etdirəcək. Azerses.az Oxu.Az-a istinadən xəbər verir ki, son üç mövsümdə Fransanın “Ases Futzal” klubunun uğurları üçün çalışan müdafiəçi bu dəfə Belçikanın iddialı komandası ilə anlaşıb. O, qarşıdakı bir ili sözügedən komandanın heyətində keçirəcək.

“Real”ın futbolçusunun icarə müddəti artırılıb

“Real Sosyedad”da icarə əsasında çıxış edən Martin Edeqor müqavilə ilə məxsus olduğu “Real”a qayıtmayacaq. Azerses.az Apasport.az-a istinadən  22 yaşlı yarımmüdafiəçi San-Sebastyan klubunda qalacaq. Klublar arasında bununla bağlı danışıqlar olub və tərəflər Norveç millisinin üzvünün daha bir il icarə əsasında “Real Sosyedad”da qalmasına razılaşıblar. “Kral klubu” mövsümün sonunda heyətində gəncləşdirmə siyasəti aparmaq fikrindən vaz keçib. Qeyd edək ki, Martin Edeqor bu mövsüm 30 oyunda iştirak edib, 7 qol vurub, 8 məhsuldar ötürmə verib.

Kamran Ağayev: “Həmin an az qala ağlayacaqdım, çox dolmuşdum”

Millimizin sabiq qapıçısı Kamran Ağayev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla aralarında olan söhbət haqda maraqlı açıqlama verib. Azerses.az xəbər verir ki, Kamran Ağayev “Futbol+” qəzetinə müsahibəsində məşqçinin ötən il ona zəng vuraraq görüşmək istədiyini deyib: “O, “Kamran, nə fikirləşirsən” soruşdu. Onda Asmir Beqoviçlə anlaşmamışdılar. Başa düşdüm ki, məni “Qarabağ”da görmək istəyir. Ancaq mən də kişiliyimə sığışdırıb “gələrəm” demədim. Dedim ki, əlim gipsdədir və açılması beş ay çəkəcək. Ondan sonra da optimal formaya düşmək üçün üç ay lazımdır. Qurbanov vəziyyəti bilsə də, mənə jest etdi. Söhbətimizin sonunda “nə kömək lazım olsa, de,…

Azərbaycan Premyer Liqasının dörd bombardiri – SİYAHI

Premyer Liqada 2019/20 mövsümünün bombardiri adına 4 futbolçu yiyələnib. Peşəkar Futbol Liqasının məlumatına görə, hərəyə 7 qol vuran Stiven Monroz, Baqali Dabo (hər ikisi “Neftçi”), Peyman Babayi (“Sumqayıt”) və Mahir Emreli (“Qarabağ”) Peşəkar Futbol Liqası tərəfindən xüsusi mükafata layiq görüləcək. Cari mövsümün əsasnaməsinə görə yekunda birdən çox futbolçu eyni sayda qol vurduğu halda bütün oyunçular bombardir hesab olunur. Onu da qeyd edək ki, I Divizionun bombardiri Musa Qurbanlı (“Qarabağ-2”) 15 dəfə rəqib qapısına yol tapıb.

İngiltərə Premyer Liqasında daha iki koronavirusa yoluxma aşkarlanıb

İngiltərə Premyer Liqasında növbəti koronavirus testlərinin nəticələri açıqlanıb. Azerses.az Apasport.az istinadən xəbər verir ki, müayinələrin 8-ci mərhələsində 1200 nəfər yoxlanılıb. Futbolçu və klub əməkdaşlarının testlərindən ikisi müsbət nəticə verib. Adları açıqlanmayan iki şəxs fərqli klubları təmsil edir. Qeyd edək ki, əvvəlki mərhələlərdə 7413 nəfər testdən keçib. Onlardan 14-də koronavirus aşkarlanıb.

“Beşiktaş” qapını 19 yaşlı futbolçuya həvalə etdi

“Beşiktaş” klubunun baş məşqçisi Sərgən Yalçın Super Liqanın 27-ci turu çərçivəsində “Antalyaspor”a qarşı keçiriləcək oyunda qapını 19 yaşlı gənc qapıçı Ərsin Dastanoğluna tapşıracaq. “NTV Spor” xəbər verir ki, 190 santimetr boya sahib olan gənc futbolçu almaniyalı qapıçı Loris Kariusun klubu tərk etməsindən sonra “Beşiktaş”ın əsas qapıçısıdır. Ərsin Dastanoğlu “Beşiktaş” klubunun yetirməsidir.