“Babamın oxumaq üçün pulu yox idi, Tağıyev ona pul göndərdi” -Prezident İlham Əliyev

“Azərbaycan o ölkədir ki, ilk dəfə sənaye üsulu ilə neft XIX əsrin ortalarında Azərbaycanda hasil edilibdir. XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi”. Azerses.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib: “Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil…

“Narkotik, fahişəlik,qumar leqal olsun”-iqtisadçı-ekspertdən təklif

Ölkə turizmdə fərq yaratmaq üçün bəzi məsələlərə açıq olmalıdır, demirəm bunu edək, ya yox – amma yüngül narkotiklərin və fahişəliyin leqallaşması, kazinoların açılması baş verməsə ölkənin turizmdə ciddi pul qazanmaq imkanları olmayacaq. Bir daha: Demirəm ki, bunlar olsun, amma olmasa, cəmiyyət buna hazır deyilsə, qəbul etməsə turizmdə irəliləyiş mümkün deyil. Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli öz “Facebook” hesabında yazıb. “Turizm dünya iqtisadiyyatı üçün ən vacib, multiplikativ effekti olan, öz arxası ilə 10-dan çox sahəni aparan sahələrdən biridir. 2018-ci ildə Dünya iqtisadiyyatının, ÜDM-nin 10,8%-i turizmdə formalaşmışdı, turizm bazarının həcmi 8,8…

Banklar bugünkü valyuta hərracında 63 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. AMB-dən “APA-Economics”ə verilən məlumata görə, hərracda tələb 63,1 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (23 iyul 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 5,2% və ya 3,1 mln. dollar artıb. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bugünkü valyuta hərracında banklar 60 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. AMB-dən “APA-Economics”in yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 60 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (21 iyul 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 1,2% və ya 0,7 mln. dollar artıb. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Dünya bazarlarında təbii qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. “Azerses.az”  “APA-Economics”ə istinadən xəbər ki, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,24% artaraq 1,70 ABŞ dolları təşkil edib.

AMB-nin valyuta ehtiyatları 8% artıb

Bu ilin iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 6 436,3 mln. ABŞ dolları təşkil edib. AMB-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ayla müqayisədə 21,9 mln. dollar və ya 0,3%, illik müqayisədə isə 496,9 mln. dollar və ya 8,4% çoxdur.

Azərbaycanda manatla pul bazası artıb

Bu ilin iyulun 1-nə Azərbaycanda manatla pul bazası 11 251,8 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 330,6 mln. manat və ya 3% artıb. Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, cari ilin əvvəlindən bu göstərici 900,7 mln. manat və ya 7,4% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 874,9 mln. manat və ya 8,4% artıb. Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

Prezident Dövlət Agentliyinə 5,6 milyon manat ayırdı

Prezident İlham Əliyev Salyan rayonunun Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, altı min nəfər əhalinin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Azərbaycanda fermerlərə 200 mln. manatdan çox subsidiya ödənilib

Payızlıq əkin üzrə fermerlərə 191,9 mln. manata yaxın subsidiya ödənilib. Bunu “Azerses.az” “APA-Economics”ə istinadən  Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) deyiblər. Agentlikdən bildirilib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 502 815 fermer qeydiyyatdan keçib. Qeydiyyatdan keçirilən təsərrüfatların ümumi sayı isə 614 569-a çatıb. Fermerlərdən 372 435-i payızlıq əkinlərini bəyan edib ki, onlardan 369 985-nin bəyanı təsdiqlənib. Agentlikdən həmçinin bildirilib ki, fermerlər tərəfindən 61 245-i yazlıq əkin əraziləri bəyan edilib ki, onlardan 33 350-nin bəyanı təsdiqlənib. Yazlıq əkin üzrə 17 355 fermerə 9,21 mln. manatdan çox subsidiya ödənilib. Beləliklə, fermerlərə həm…

Azərbaycanda e-ticarətin həcmi 47% artıb

Azərbaycanda bu ilin aprel ayı ərzində bank kartları vasitəsilə 261 mln. manat həcmində elektron ticarət (e-ticarət) əməliyyatı həyata keçirilib.  Azerses.az Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə e-ticarət əməliyyatlarının həcmində 14,4% azalma olduğunu göstərir. Ötən ilin müvafiq ayı ilə müqayisədə isə elektron ticarətin həcmində 18% artım müşahidə olunub. AMB-nin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları ərzində ölkədə kartlar vasitəsilə həyata keçirilən elektron ticarət əməliyyatlarının həcmi isə 1 103 mln. manat təşkil edib. Bu da öz növbəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların həcmində 47% artım deməkdir.