Dünya Kikboksinq Federasiyaları İstanbulda toplanır-Rəsmi

26-27 sentyabr tarixində Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi və üzvləri Türkiyənin İstanbul şəhərində Türkiyə Kikboksinq Federasiyasının prezidenti Selim Kayıcının təşkilatçılığı ilə Kikboksinq Təşkilatlarının Dünya Asossasiyasının(WAKO)Milli Federasiyaların Ümumdünya inkşaf konfransında iştirak edəcəklər. Azərbaycan Kikboksinq Federasiyasından Azerses.az-a verilən rəsmi məlumata görə konfransda Azərbaycan Kikboksinq federasiyasını, federasiya prezidenti Orxan Əliyev, baş katib və milli komandanın rəisi Sadıx Bağırov, beynəlxalq əlaqələr üzrə vitse-prezident Rövşən Rzayev və Federasiyanın idarə heyyətinin üzvü Turan Əliyev təmsil edəcək. Eyni zamanda konfransda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevin WAKO-nun prezidenti Roy Beyker ilə rəsmi görüşü də nəzərdə tutulub. Qeyd edək…

Ehtiyatda olan həqiqi hərbi qulluqçular təlimlərə cəlb edilir-Rəsmi

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bu barədə Modern.az saytına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir”,-deyə qurumdan bildirilir.

Hərbi avtomobillərə salam verən azyaşlı ilə DSX-nin generalı görüşdü

Bir neçə gün öncə Qazaxda yolla hərəkət edən DSX-nin hərbçilərini yol kənarında hərbi salamla qarşılayan Qazax rayonunun Daş Salahlı kəndində yaşayan azyaşlı Hacıyev Elton Dövlət Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri general-mayor Müzəffər Pirizadə tərəfindən qəbul edilib. Sərhəd diviziyasında keçirilən görüşdə məktəbliyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb. Vətənpərvərliyi, orduya göstərdiyi sayğıya görə təşəkkür edilib.

“Sevdiyim insan olsa, rayona da ərə gedərəm”.

Azerses.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva deyib. İnstaqramda canlı yayıma girən sənətçi izləyicilərin suallarını cavablandırıb. Pərvin şou-biznesdə kimlərlə dostluq edib-etməməsi haqda suala isə “Şou-biznesdə heç kimlə səmimi münasibətim yoxdur. Onlardan qorxuram. Ona görə də uzaqdan “salam-sağ ol” edirəm” cavabını verib.

“Babamın oxumaq üçün pulu yox idi, Tağıyev ona pul göndərdi” -Prezident İlham Əliyev

“Azərbaycan o ölkədir ki, ilk dəfə sənaye üsulu ilə neft XIX əsrin ortalarında Azərbaycanda hasil edilibdir. XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi”. Azerses.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib: “Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil…

Böyük Qayıdış: DTX-nın rəisi Əli Nağıyevin film kimi həyatı. Gerçək “Qurdlar vadisi”

Böyük Qayıdış: DTX-nın rəisi Əli Nağıyevin film kimi həyatı. Gerçək “Qurdlar vadisi” Prezident İlham Əliyevin imzaladığı sərəncamla general-mayor Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edildi. Uzun illər dövlətin təhlükəsizlik sektorunda işləmiş və peşəkar kəşfiyyatçı kimi tanınan Əli Nağıyevin bu vəzifəyə təyinatı çoxları üçün sürpriz olsa da, generalın keçmiş karyerasına nəzər saldıqda, onun DTX rəisi təyin olunmasının əslində, özünəməxsus qanunauyğunluqla baş verdiyini söyləmək olar. Əli Nağıyev kimdir? Əli Nağı oğlu Nağıyev 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. O, uzun illər Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Keçmiş…

Jurnalistdən vətənpərvər addım. Şəhidlərin xatirəsinə bulaq inşa etdirdi.-Foto

www.xeberal.az xəbər saytının təsisçi-baş redaktoru Mirismayıl Xələfli Ağsu rayonunun Xəlilli kəndində şəhidlərimizin xatirəsinə bulaq inşa etdirib. Bu barədə Mirismayıl Xələfli özünün “Facebook” profilində məlumat verib. Baş redaktor öz növbəsində belə xeyirxah və vətənpərvər təşəbbüsdə ona dəstək olan insanlara da öz minnətdarlığını bildirib. Bu tipli lahiyələrin həyata keçməsini digər şəxslərə də nümunə olacağını düşünürük. Azerses.az

Ramiz Mehdiyevin həbsdən buraxılan kürəkəni toy görüntülərini yayan şəxsin adını açıqladı

Xəbər verdiyimiz kimi, karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbəbdən 15 sutka müddətinə inzibati qaydada həbs olunan sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıb. Azerses.az nun məlumatına görə, azadlığa çıxan sabiq deputat məlum toyla bağlı açıqlama verib və qalmaqalın səbəbkarı kimi Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin xanımı Aysel Teymurzadəni ittiham edib: “Filarmoniyanın direktoru Murad Adıgözəlovun yoldaşı Aysel qərəzli videoları çəkərək müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir. Mən bu barədə çox düşünmüşəm. Bu, sabotajdır. Bu Ramiz…

Hakimiyyət yönümlü hərəkat lideri Əli Əhmədova müraciət etdi.”Təqaüdə çıxın”

Milli Fədailər Hərəkatı kimi tanınan hakimiyyət yönümlü hərəkatın lideri Fuad Muradov Baş Nazirin birinci müavini Əli Əhmədova təqaüdə çıxmasını tövsiyyə edib. Bu barədə Fuad Muradov özünün “Facebook” hesabında yazıb. “Əli Müəllimin xətri əzizdir, Yap üçün böyük işlər görüb xidmətləri danılmazdır. Siyavuş Novruzov Yap da ən çox xətrini istədiyim və hörmət etdiyim şəxslərdən olub yapın əqidəsi dəyişməz olduğu xüsusi rəğbətim olub. Bir məsələ var ki, Əli müəllim Vallah yorulmusunuz,tükənmisiniz, nə qədər sadiq qalsanızda, Dövlətimizin əsgəri olsanızda artıq son proseslərdə adekvatlıqla ayaqlaşa bilmirsiniz. Mən elə hesab edirəm ki,təqaüdə çıxmağınız ən hörmətli iş…

“Mədət Quliyevin islahatları öz bəhrəsini verir”-Fariz Quliyev

Azərbaycanın tarixi inkişaf yoluna nəzər salsaq, son 16 ildə tamamilə yeni yaradılmış Azərbaycan görmüş olarıq. Prezident İlham Əliyevin son sərəncamlarına diqqət etsək, hər bir sərəncamın xüsusi dövlətçilik həssaslığı ilə və strateji düşüncə ilə imzalandığını birmənalı qaydada iddia etmək mümkündür. Ümumiyyətlə prezidentin islahatlar paketi xalqın həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənib. Sosial rifah dövlətinin qurulması cənab İlham Əliyevin yeni islahatlar kursunun strateji xəttini təşkil edir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində son 15 ildə Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artıb. Son dövrdə Azərbaycanda müdafiə sənayesi sahəsinin…