Politoloq: “Ermənistan dinc əhalini vuraraq istədi ki, Azərbaycan hədəf olaraq İrəvanı vursun”

“Ermənistan humanitar atəşkəsin 12 saatı tamam olmamış Gəncəni, bununla yanaşı cəbhəyanı istiqamətdə olan əraziləri vurdu. Buna baxmayaraq Azərbaycan öz humanistliyini gəstərdi, humanitar atəşkəsə sadiq qaldı”. Azerses.az xəbər verir ki, bu barədə Buta.ws-ə müsahibəsində YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini, politoloq Fuad Heydər deyib. İstəyərdim gənc politoloq kimi cəbhədə gedən döyüşlərlə bağlı fikirlərinizi bildirəsiniz. – Ali Baş Komandan İlham Əliyev dəfələrlə sülh danışıqlarına çalışdı və bu çabaların hamısı Ermənistan silahlı qüvvələri tərəfindən yekunlaşdırıldı. Nəticə bundan ibarətdir ki, Ermənistan öz idealarından əl çəkmədi və demək olar ki, hər dəfə sülh danışıqları,…

Prezident: “Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq”

“Bildiyiniz kimi, Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Sizin də qeyd etdiyiniz kimi, ikitərəfli əlaqələrdə siyasi sahədən əlavə biz iqtisadi məsələlər üzərində diqqətimizi cəmləşdirməliyik. Hesab edirəm ki, qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur. Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir”. “Azərsəs” xəbər verir ki,…

Prezident İlham Əliyev: “Pakistan həmişə bizim yanımızdadır”

Azərbaycanın ərazi bütövlüyü məsələlərində qətiyyətli mövqeyinə görə Pakistana minnətdarıq”. “Azərsəs” xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib. “Pakistan Azərbaycan torpaqlarının işğal edilməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır”, – dövlət başçısı vurğulayıb.

Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal tərk etməsi ilə bölgə yenidən sülh və əmin-amanlığa qovuşa bilər”. “Azərsəs” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Türkiyə bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək”, – o vurğulayıb. R.T.Ərdoğan deyib ki, bölgədə Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana artıq son verilməlidir: “Artıq hesab verməyin vaxtı gəlib çatıb. Azərbaycan istər-istəməz öz göbəyini özü kəsmək məcburiyyətində qalıb. Davam edən proseslər bölgədə nüfuz sahibi bütün ölkələrə real və ədalətli həll metodlarını işə salmaq üçün bir fürsət yaradıb”

Ermənilər Azərbaycanın 26 mülki vətəndaşını yaralayıb

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr – rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər – xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir. Baş Prokurorluqdan “Report”a verilən məlumata görə, hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər. Xüsusilə qeyd edilməlidir ki, səhər saat 07 radələrindən başlayaraq düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin…

Azərbaycanda qismən səfərbərlik elan edilib

Prezident İlham Əliyev Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb. “Azərsəs” xəbər verir ki, sərəncamda deyilir: “1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin. 2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Baş Prokurorluq: Ermənilərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür

Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir. Baş Prokurorluqdan “Azərsəs”ə verilən məlumata görə, hazırkı vaxtadək Azərbaycan Ordusunun bir neçə hərbiçisi şəhidlik zirvəsinə ucalmış, bir neçə hərbi qulluqçu isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Baş vermiş hadisələrlə bağlı toplanmış materiallar əsasında Füzuli, Tərtər, Qarabağ və Gəncə Hərbi prokurorluqlarında Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya…

Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edilib

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib. Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq hüququn digər  normalarına uyğun həyata keçiriləcək. Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək.

Müdafiə Nazirliyi işğaldan azad olunan kəndlərin adlarını açıqladı

“Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub”. “Azərsəs” xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cərbayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.