Dünya Kikboksinq Federasiyaları İstanbulda toplanır-Rəsmi

26-27 sentyabr tarixində Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi və üzvləri Türkiyənin İstanbul şəhərində Türkiyə Kikboksinq Federasiyasının prezidenti Selim Kayıcının təşkilatçılığı ilə Kikboksinq Təşkilatlarının Dünya Asossasiyasının(WAKO)Milli Federasiyaların Ümumdünya inkşaf konfransında iştirak edəcəklər.
Azərbaycan Kikboksinq Federasiyasından Azerses.az-a verilən rəsmi məlumata görə konfransda Azərbaycan Kikboksinq federasiyasını, federasiya prezidenti Orxan Əliyev, baş katib və milli komandanın rəisi Sadıx Bağırov, beynəlxalq əlaqələr üzrə vitse-prezident Rövşən Rzayev və Federasiyanın idarə heyyətinin üzvü Turan Əliyev təmsil edəcək. Eyni zamanda konfransda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevin WAKO-nun prezidenti Roy Beyker ilə rəsmi görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, adı çəkilən konfransda Amerika, Avropa, Afrika və Okeaniya qitələrindən 128 ölkənin nümayəndələri iştirak edəcək.
Azerses.az

Related posts

Leave a Comment