Azərbaycanda qismən səfərbərlik elan edilib

Prezident İlham Əliyev Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb.

“Azərsəs” xəbər verir ki, sərəncamda deyilir:

“1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin.

2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Related posts

Leave a Comment